Vətəndaşlara və şəhərimizin qonaqlarına”Doğma Bulvarda Novruz” adlı bayram surprizi

Dənizkənarı Bulvar İdarəsi martın 21-dən “Doğma Bulvarda Novruz” adlı bayram proqramı təqdim edəcək.

Kult.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat yayıb.

O bildirib ki, Kukla Teatrının arxasında yerləşən meydanda keçiriləcək bayram tədbiri martın 24-nə qədər davam edəcək.

Meydanda artıq bayram çadrları, milli oyunlar və animasiya üçün meydança qurulub. Meydandakı böyük səhnədə rəngarəng rəqs və musiqi proqramları təqdim olunacaq. Bayram günlərində milli rəqs ustad dərsləri, nağara şou və ustad dərsləri, əl işləri üzrə ustad dərsləri təşkil olunacaq, alovla şou nümayiş etdiriləcək.

Xüsusilə uşaqlar üçün maraqlı proqramlar nəzərdə tutulur – onlar sevimli cizgi filmi qəhrəmanları ilə görüş, açıq meydanda gün ərzində bir neçə dəfə uşaq nağılları tamaşası, kukla teatrı tamaşası izləmək imkanı qazanacaqlar.

Bayram tədbirində paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər gözləyir.

Müstəqil.Az

Share: