Vətəndaş Həmrəyliyi Partiyasının qurultayöncəsi tədbirləri davam edir

Vətəndaş Həmrəyliyi Partiyası Xətai rayon təşkilatı Məclisinin növbəti iclası keçirilib.

Bu haqda Müstəqil.Az VHP-nin Xətai rayontəşkilatından  məlumat əldə edib. Məlumatda bildirilir ki, yığıncağı açıq elan edən təşkilatın sədri Kəmalə Səfərli ölkədəki ictimai-siyasi durum, partiyanın proseslərə mövqeyi, Xətai rayon təşkilatının fəaliyyəti və qarşıda duran işlər haqda geniş çıxış edib.
Laçın şəhərinin, Zabux və Sus kəndlərinin düşməndən azad olunması və Brüsseldə sülh sazişi üçün komissiyanın yaranması haqda razılığa gəlinməsinin VHP tərəfindən yüksək qiymətləndirildiyini bildirən Kəmalə xanım ərazi bütövlüyü, suverenliklə bağlı məsələlərdə partiyanın hər zaman milli mövqedən çıxış etdiyini qeyd edib. Partiyanın yubileyi ilə bağlı tədbirlərə toxunan natiq, bu il həmçinin Xətai rayon təşkilatının da təsis edilməsindən 30 il ötdüyünü xatırladıb. RT sədri bu ili VHP üçün əlamətdar il adlandıraraq söyləyib ki, qürurla və əzimkarlıqla yol gəlirik, bu o yol millətimizə xidmət yoludur. Hər bir VHP-çi üzv olduğu partiyanın ardıcıl və davamlı olaraq milli yola xidmətindən qürurla danışa bilər.
Məclisdə iştirak edən VHP Siyasi Şurasının üzvü Faiq Balabəyli ölkədə baş verən siyasi olaylar, bölgədə cərayan edən proseslər, VHP-nin rolu və mövqeyi barədə geniş danışıb. F.Balabəyli bildirib ki, bu il VHP-nin təsis edilməsindən 30 il ötür və biz VHP olaraq millətin gələcəyini həmrəylikdə, dirəniş və dayanışmada, birlik və bərabərlikdə görürük. Artıq vətəndaş həmrəyliyi ideyasının zəruriliyini anlamayan yoxdur və bu ideologiya dövlətçiliyimizin təminat statusunu alıb.
Sonda təşkilati məsələlərə baxılıb, VHP sıralarına yeni üzvlər qəbul edilib.
Müstəqil.Az
Share: