Vətəndaş Həmrəyliyi Partiyası Fransa Senatının qətnaməsinə etiraz edir

Vətəndaş Həmrəyliyi Partiyası Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etmək üçün apardığı Zəfər Savaşında qələbəsini heç cür həzm edə bilməyən Fransanın davranışları böyük təəssüf və qəzəb doğurur. İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır. Bu səbəbədən Fransanın Ermənistana göstərdiyi dəstək və qəbul etdiyi son qətnamə bir daha onların iç üzünü dünyaya göstərmiş oldu. Tarixi istila, müstəmləkəçilik və soyqırım siyasəti ilə zəngin olan bir dövlətin, onun hakimiyyətinin indi Ermənistana və onun təcavüzkar siyasətinə dəstək verməsi heç də təsadüfi deyil.
Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan dövlət və beynəlxalq təşkilatlar öz rüsvayçılıqlarını ortaya qoyur.
Vətəndaş Həmrəyliyi Partiyası erməni faşizminə dəstək olan bütün qüvvələrin riyakar əməllərini qətiyyətlə pisləyərək bəyan edir ki, heç bir güc Azərbaycanı öz haq yolundan döndərə bilməz!”

Share: