Vəkillər Sarkisyana cinayət işinin açılmasını tələb edirlər

Ermənistanda 50-dən çox vəkil Baş prokurorluğa müraciət edərək prezident Armen Sarkisyana cinayət işinin açılmasını tələb edib.

Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Vəkillər Palatasının sədri Ara Zöhrabyan “Facebook” hesabında məlumat yayıb.

Buna səbəb prezident Armen Sarkisyan tərəfindən ikili vətəndaşlıq faktının gizlədilməsidir.

Məlumatda vurğulanıb ki, Armen Sarkisyan 2003-2012-ci illərdə 10 ilə yaxın Britaniya vətəndaşlığına sahib olub. 2018-ci ildə Ermənistan qanunlarını pozaraq prezident seçilib. Konstitusiyaya görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

Hüquqşünaslar Palatasının rəhbəri bildirib ki, Sarkisyanın Britaniya vətəndaşlığı yalnız 2012-ci ilin noyabrında qüvvədən düşüb, Sarkisyan isə 2 mart 2018-ci ildə seçilib. Konstitusiyaya əsasən, Britaniya pasportu 1 mart 2012-dən gec olmayaraq ləğv edilməli idi. Bu əsasda vəkillər cinayət işi başlamaq üçün nəzarət orqanına müraciət ediblər. Müraciəti 53 vəkil imzalayıb.

Müstəqil.Az

Share: