Vəba burada 22 nəfəri öldürdü

Cənubi Afrikada fevral ayından başlayan vəba epidemiyasında ölənlərin sayı 22-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 40 nəfər vəba şübhəlisi isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu il xəstəliyin epidemiyası qitənin cənubundakı səkkiz ölkədə qeydə alınıb.


Share: