“Uzaqdan bir şeir” layihəsində Vaqif SƏMƏDOĞLU

Müstəqil.Az saytında “Uzaqdan bir şeir” layihəsinə başlayırıq. Hərdən gəncliyimdə yazdığım şeirləri paylaşıram. İlləi dəqiq xatırlamadığımdan “uzaqdan bir şeir”yazırdım sadəcə. Sayt bu şeirləri elə bu başlıqla yayımlayırdı. “Uzaqdan bir şeir “saytın rəhbərinin xoşuna gəldi və bunu layihə kimi təqdim etməyə qərar verdi. Siz də “Uzaqdan bir şeir”inizi və ya sevdiyiniz bir şeiri müəllifi göstərməklə bizə göndərə bilərsiz.

Layihənin rəhbəri: Kəmalə Abiyeva

 

VAQİF SƏMƏDOĞLU

Xoş xəbərlər varsa

neçin gizlənib

çıxmırlar üzə?

Həyat sobasız evə dönür,

Zaman qışa ilişib yıxılır,

Şikəst olub durammır ayağa,

Keçə bilmir bahara, yaya…

Niyə dünya bəzən

Salam da vermir adama?

Allah nədən arxasını çevirir bizə?

Suallara bir sual verərdim,

bilsəydim ki,

suallar eşitməyəcəyəm cavab yerinə…

1982

 

 

 

Share: