“Uzaqdan bir şeir” layihəsində KAMİLƏ NEMƏT

PAYIZ

Yay qurtarır, payız gəlir,
Xəzan dolur baxça – bağa.
Hər tərəfə ayaz gəlir,
Bulud gəlir yağa-yağa.

Quşlar çimir budaqlarda,
Çırpınaraq orda – burda,
uçur, qaçır yuvalara,
Payız qonur havalara.

Duman gəzir düzdə- dağda,
bulud uçur hey uzaqdan,
şimşək çaxır belə çağda
yay köçünü yığır bağdan.

Layihəni Kamalə ABİYEVA təqdim edir

 

 

 

Share: