Uşaqlara fotoşopla corab “geyindirən” baş katib danışdı — Video

Türkiyə Sinop İl Xüsusi İdarəsinin baş katibi Yahya Çınkılın zəlzələdə sağ qalmış uşaqlarla çəkdirdiyi şəkilləri birmənalı qarşılanmayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb fotolarda corabsız uşaqların ayağına fotoşopla corab “geyindirməyi” olub. 

Tənqid olunan Çınkıl mövzu ilə bağlı sosial media hesabında paylaşım edərək açıqlama verib:

“Dostlar uşaqların inciməsini istəmədikləri üçün belə ediblər. Etməsələr daha yaxşı olardı, amma oldu”.



Share: