Uşaq – Gənclər İnkişaf Mərkəzində şair Arzu Göytürklə görüş

Heydər Əliyev – 100

1 saylı Uşaq – Gənclər İnkişaf Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi,2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə AYB üzvü, istedadlşair Arzu Göytürklə görüş keçirildi.

Azərbaycan Respublikasının himni ilə başlayan tədbirdə öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsi yad edildi.

Açıklama yok.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ölkəmizin hər yerində,o cümlədən Sumqayıtda da Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı genişmiqyaslı tədbirlərin keçirildiyini vurğulayaraq,Heydər Əliyevin ədəbiyyata,sözə,sənətə və sənətkara olan münasibətindən söz açdı.Eyni zamanda Arzu Göytürk yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi.

Açıklama yok.
Şəhid analarına dəstək ictimai birliyinin rəhbəri Ceyran Axundova və digər şəhid anaları öz çıxışlarında tədbirin təşkilatçılarına təşəkkürlərini bildirərək,Sumqayıt şəhər İcra Hakimiyyəti , şəhərimizin ziyalıları tərəfindən onlara göstərilən diqqət və qayğıdan söz etdilər.

Açıklama yok.
Sonra qələm adamları və şəhərin ziyalıları- Rafiq Yusifoğlu,Təbrik Quliyev,Fariz Orduxanov, Xatirə Fərəcli,İdris Babayev, Səttar Laçınlı,Xanım Bağırlı,Fəridə Musəvi,Natiq Nəcəfzadə,Gülnar Ümid,Xuraman Rzayeva,Vüsal Ağa,Gülvin Gülpınar,Elbrus qayalı,Lilpar Cəmşidqızı,Ədalət Əroğlu,Ruhiyyə Qarabağlı,Əliyar Mərdiyev,Cəbrayıl Qənbər çıxış edərək Arzu Göytürk yaradıcılığının məziyyətlərindən danışdılar.
Arzu Göytürkün bədii qiraətçilər Müşfiqə Baləddinqızı,Müşfiq Cənnətov,Günel Türsoy,və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirlərinin ifasında səslənən şeirləri hamı tərəfindən maraqla qarşılandı.
Sazlı- sözlü şirvan xanəndələri Səfalı Mirzəliyev,Taleh Orucov,İsmayıl Abbasov və estrada müğənnisi oxuduğu mahnılar məcliqə başqa bir ab- hava bəxş etdi.
Sonda Arzu Göytürk tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək,yeni şeirlərini oxudu və oxucuların çoxsaylı suallarını cavablandırdı.

Müstəqil.Az

Share: