Üsamə Bin Ladeni satan həkim…

Əl-Qaidə lideri Üsamə Bin Ladenin yeri barədə ABŞ-ın xüsusi xidmət orqanlarına məlumat verən həkimi, pakistanlı Şakil Afridlə bağlı yeni xəbər yayılıb.

Müstəqil.Az  xəbər verir ki, Afridin həbsxanada saxlanıldığı yerdən qaçmağı planlaşdırdığı bildirilib. Bundan sonra onun qaçışının qarşısını almaq üçün saxlanılma yeri dəyişdirilib.

O, Pakistanın Peşaver şəhərində saxlanıldığı cəzaçəkmə yerindən başqa bir yerə aparılıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp onun həbsxanadan azad ediləcəyinə söz vermişdi.

Pərviz H.

Share: