URVATSIZLAR – Əkbər QOŞALI yazdı.

Ermənistandan çoxsaylı yük maşınının Azərbaycanla dövlət sərhəddinin Laçın keçid məntəqəsi səmtində toplanması növbəti təxribata cəhdidir. Bu urvatsız siyasi şou, manipulyasiya öz bekara məqsədinə çatmadan sıfırlanacaqdır, – əminəm!

Azərbaycan çox sadə dillə, hər bir separatçının və revznşistin qanacağı üslubda açıqlayıb ki, Rusiya sülhməramsızlarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, özəlliklə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli çatdırılmasına imkan yaradır. Belə olan halda, özünü qondarma rejimin təmsilçisi adlandıran şəxslərin bu yoldan istifadədən imtina etməsi, yola beton plitələr qoyması tamamilə təxribatdır. Sanki inadına mina daşımaq, beynəlxalq hüquq normalarını pozmaq, qayda-qanun tanımamaqçün and içiblər.
Biz səmtlərdə bu yolda (daha doğrusu, yolsuzluqda!) olanlara ipləmə yaxud buraxma deyirlər.
Bu, bir yandan da, rasizmin açığa vurmuş təzahürü, beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdinin özüdür.
Ermənistan siyasi-hərbi rəhbərliyi bu addımla siyasi şou yaradır və yenə də siyasi möhtəkirlik edir. Elə başa düşürlər ki, “bəlkə də qaytardılar”… Qaytarılmayacaq! Qayıtmayacaq!
Beləliklə, müxtəlif ölkələrin səfirliklərini, o cümlədən Avropa Birliyinin nümayəndələrini yığıb sərhəddə gətirmək, qaşınmayan yerdən qan çıxarmaq anlamına gəlir. Digər yandan, müxtəlif Batı ölkələrinin səfirliklərinin təmsilçilərinin bu urvatsız tamaşada iştirakı riyakarlığın düz özüdür.
Əgər biz biziksə, bizim bildiklərimiz yerində və qüvvəsindədirsə (illa da belədir!) Ermənistanın və onun sırtıq havadarlarının növbəti şousu da heç bir nəticə vermədən iflasa uğrayacaqdır.
Bizim işimiz haqq işidir, nahaqlara meydan verəsi deyilik! O bir sürü andıra qalmış yük maşını siqnal verə-verə, taylı dovşan kimi geri dönər qayıdar. Yox, illa hansısa bir maşın bizim postdan keçərsə, sürücüsü adambalası kimi yaxınlaşar, mərət sənəd-sünədini təqdim edər və uyğun görülərsə, keçər – adi qaydada. Toy maşını misalında sıraya düzülməklə deyil. Hır işin öz uhulət-suhuləti vardır. O da ermənilərdə olmayıb, yoxdur, olmayacaq da!.
Hər şey çox daha yaxşı olacaq!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Share: