“Ürəyimiz 50 şəhid ailəsi ilədir”

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Azərbaycana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfir özünün tviter hesabında yazıb.

“Bu gün igid əsgərlərinin şəhid olmasına görə qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Ürəyimiz 50 şəhid ailəsi ilədir, bu torpaq övladlarına əbədi rəhmət yağdırmasını Uca Yaradandan diləyirik”,- səfir qeyd edib.


Share: