Ürək qurub-yaratmaq eşqi ilə döyünərsə….

Masallı rayonunun Bədəlan kəndi böyüyüb boya-başa çatdığım, həyatımın hər anında mənə qucaq açan yurd yerimdir. Bütün həyatını təhsilə, gələcək nəslin təlim-tərbiyəsinə həsr edən bir pedaqoq, kəndin hər daşına, kəsəyinə bələd olan bir insan kimi kənd sakinlərinin hər bir uğuru ürəyimi riqqətə gətirir. Bu kənddə ağsaqqala, ağbirçəyə hər zaman ehtiram olub və bu gün də var.
Kəndin yeni təyin olunmuş ərazi nümayəndəsi, ürəyi qurub -yaratmaq eşqiylə coşub, cağlayan Mətanət xanım da bu məsul vəzifəyə təyinat aldığı ilk gündən məhz ağsaqqallarla görüşdü, onların öyüd -nəsihətini dinlədi. Qərib vilayətdə yaşayan, lakin gözləri həmişə doğma Bədəlanın üstündə olan, anadan olduqları kəndin yenilənməsi üçün xeyir vermək istəyən xeyriyyəçi “qərib oğlanlar” dan dəstək istədi.  Əvvəllər “Xeyirxah əllər” adlı xeyriyyəçiliklə bağlı ictimai birlik yaradan Mətanət xanımın çağırışına səs verildi. Qısa zaman ərzində böyük işlər görüldü. İllərdir diqqətdən kənarda qalan həkim məntəqəsi əsaslı təmir olunaraq, sakinlərin istifadəsinə verildi.Artezian quyuları qazıldı, magistral yola yol nişanları, yolun çiyin hissələrinə məişət tullantıları üçün dəmir qutular yerləşdirildi, kəndin ərazisindən keçən cayın yatağı təmizləndi. “Təmiz kənd” layihəsi davam edir. Qarşıda böyük işlər durur. Mətanət xanım xeyriyyəçilərin, əməli saf insanların dəstəyi ilə kənddə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün “Qəhrəmanlar parkı” saldırmaq istəyir. Artıq bu müqəddəs iş üçün ilk addımlar atılıb da. Gənc icra nümayəndəsinin rəhbərliyi ilə bu lahiyənin də uğurlu olacağına şübhə yoxdu.
Ürəyi qurub -yaratmaq eşqi ilə döyünən, işıqlı gənclərimizdən olan Mətanət Paşayevaya fəaliyyətində uğurlar arzu edirik.

,

Məhbubə Şahbazova,
Masallı rayon, Bədəlan kənd tam orta məktəbinin direktor müavini.

Share: