Ümid Partiyasının sədri İqbal Ağazadədən nəcib hərəkət. O, imkansız ailələrə ərzaq paylayıb – Foto

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanda karantin rejimi olduğu bir vaxtda xeyirxah addım atıb.

Müstəqil.Az xəbər verir ki, İqbal Ağazadənin  təşəbbüsü və təşkilatçılığı ilə dünən, martın 7-də bir müddət əvvəl deputatlığa namizəd olduğu Xətai rayonu ərazisində yaşayan imkansız, şəhid və qazi ailələrinə ərzaq paylanılır.

Müxalifət partiyasının rəhbəri tərəfindən bu, həm də koronavirusla mübarizədə dövlətin çağırışına bir dəstəkdir. İ. Ağazadə bununla sübut edir ki, ümumi problemlərlə mübarizədə siyasi mövqelər bir kənara qoyulmalıdır.

Qeyd edək ki, ərzaq yardımı alan ailələrvə ümumilikdə Xətai rayonu 35 saylı 3-cü DSK-nın əksər sakinləri İ. Ağazadəyə bu nəcib addımına görə minnətdarlıq ediblər.

İqbal Ağazadə imkansız ailələrə ərzaq paylayıb

Müstəqil.Az

Share: