Ülviyyə Əbülfəzqızının “Sirli güzgü” kitabının və “Zaman-XXI” jurnalının təqdimatı keçirildi

06. 08. 2023 tarixində Ülviyyə Əbülfəzqızının “Sirli güzgü” kitabının və “Zaman-XXI” jurnalının ikinci buraxılışının təqdimatı olub

“Sirli güzgü” əsəri şair-əsgər-şəhid Səbuhi Əsədovun ruhuna ithaf olunmuşdur. Şəhidimizin atası Azər Əsədov, anası Cahan xanım da öz ürək sözlərini söyləmişdir. Ülviyyə xanım bu kitabı qələmə alarkən dəyərli yazıçımız Varis bəyin “Qırmızı ləçəklər” romanından təsirlənmişdir. Kitabın redaktoru Habil Yaşardır. Kitabın növbəti təqdimatları daha geniş auditoriya üçün də planlaşdırılır.
“Zaman-XXI” jurnalının ikinci buraxılışı da olduqca maraqla qarşılanmışdır. Jurnalda yazarlardan Mərcan Şahbuzlu, Gündüz Sevindik, Şamil Ənvəroğlu, Elmira İsmayılova, Gülnarə Məsum, Nigar Həsənzadə, Ülviyyə Əbülfəzqızı, Habil Yaşar, Könül Həsənli, Elsəvər Müseyibzadə, Təbriz Babayev, Yusif Cəbiyev, Mehman Xaliq, İslam İslamov, Murad Vəlixanov, Səmayə Mirzəyeva, İxtiyar Dönməz, gənc rəssamlardan Zəhra Həmidova, Günay Tarıverdiyeva, Aydan Aslanzadə, Çinarə Əkbərova, psixoloqlardan Müjqan Məmmədova və Aysel Ərəstunqızı işıqlanmışdır. Tədbirdə əməkdar artist Fəridə Məlikova, gənc şairə Könül Həsənli və b iştirak etmişdir.
Vətənpərvərliklə bağlı fəaliyyətlərə dəyər verən Zaporojye Kazakları Beynəlxalq Birliyinin rəhbəri marşal Yaroslav Bançuk tərəfindən “Marşal Üzeyir Vahabov” medalı Ülviyyə Əbülfəzqızına təqdim edilmişdir

Share: