Ulvi Ələkbərzadənin doğum günüdü

Ülvi – gəncdi!
Ülvi – istedadlıdı!
Ülvi – şairdi!
Ülvi daim mütaliə edən, hər an yeniliklərə açıq, öz üzərində çalışan biridi.

Azərbaycanda aldığı ali təhsili Türkiyədə daha da artırmaqla özünə, savadına daha çox qatqı qatan Ülvi yaşından qat-qat dərrakəli və uzaqgörəndi!
Ülvi insanları tanıyır, Ülvi artıq həyatı tanıyır, Ülvi ədəbiyyatı tanıyır!

Amma Ülvi bu sadaladıqlarımın yaxşı tərəfini tanıyır, çünki özü yaxşıdı, özü məkrsizdi; çünki Ülvi dediyim kimi istedadlıdı!

Adı şəxsiyyətinə yansıyan oğlandı Ülvi. Yaşından böyük istedadı olan şairdi Ülvi.
Şeirdən şeirə püxtələşən şair.
Bir az ərköyün, dostluqda sadiq, vəfalı, şirin dilli, böyük-kiçik yerini bilən, ağzından gələn sözləri könlü kimi pak, təmiz şair! Şeirlərində də tərbiyəni, ədəbi gözləyib məşhurluq xətrinə min hoqqa, ağılkəsməz reklamlara getməyən şair! Öz ədəbli dünyasına çəkilib sakitcə ədəbiyyat yaratmaqla məşğul olan şair.
Doğru mövqeyindən, təmiz düşüncələrindən pay verməyən şair!

O qədər mütaliə ilə – Ülvi heç bir şairin, yazarın təsirinə düşmədən öz yolunu tapmış bir gənc şairmizdi.
Ülvi ağıllıdı;
Ülvi – tərbiyəlidir;
Ülvi – böyük-kiçik yerini bilən, ən əsası hər yerdə özünün yerini biləndi.
Ülvi qürurludur – haqqı olanı belə istəməz, bunun üçün hay-haray salmaz!
Ülvi bu mənfur dünyanın adamı deyil!
Ülvi incidiləndə, inciyəndə incikliyini biruzə verməz, qəlbindən süzülüb gələn misralara sığınar, təsəllini ədəbiyyatda, poeziyada tapar.
Ülvi şüarbaz deyil;
Ülvi – reklamçı deyil,
Ülvu – özünü gözə soxmaz,
Ülvi – sakitcə dayanıb ‘növbəsini” gözlər!
Bəlkə də məhz bunlara görə “görünməz” Ülvi.
Hələ həyata atılıb öz pulunu qazanmayan Ülvi tələbə ola-ola dörd kitabını yayımladıb.
Müxtəlif dərgi və qazetlərlə yeni şeirlərlə imzasını göstərib.
Onun Ədəbiyyat uğruna atdığı olumlu və olumsuz addımları təqdirəlayiqdir.

Bu gün onun doğum günüdü. Hələ həyatının qönçə çağlarını yaşayan bu gəncə arzum can sağlığı və yeni poeziya nümunələridir!

Üşüyür Ürəyim….

….Yenə payız
yenə torpaqla öpüşən yağmur
İçimdə tənhalıq yallı gedir
gecəni axtarır gözlərim
Bir ümid axtardim
payızın arxasında gizlənmiş
Günəşin ciblərində
tapa bilmədim, əlim yetmədi.
Səssizliyi ifa edən notlar
əlləri üşümüş yağmur damlaları
Yenə payız
yenə yağmurlar
Yenə pəncərəmi açıram sonbahara
tökülür ağacların saçları
üzü gecəyə
Bir fincan qəhvə qoxusuyla
payız qoxusu birləşir
doğulur ulduzlar qaranlıq səmanın
təbiət bətnindən.
Yalnızlıq titrəyir yağışın altında islanmış
bir it kimi
çağırıram yanıma
üşüməsin gözləri
Ah! Məsum Ürəyim ! Ah!!!
yenə yalnızlığı aldın qəlbimdən içəri.
Üşüyür ürəyim
Üşüyür ürəyim!

Təranə Musayeva
AYB-nin üzvü,
“Əfsun” dərgisinin təsisçisi və redaktoru

Share: