Ulduz futbolçu “İnter”dən ayrılıb PSJ-yə keçdi

Milan Şkrinyarın PSJ-yə keçidi rəsmiləşib.

Slovakiyalı mərkəz müdafiəçisi Paris təmsilçisi ilə beş illik müqavilə imzalayıb. Məlumatı klubun mətbuat xidməti yayıb. Ulduz futbolçu PSJ-yə azad agent kimi keçib.

Şkrinyarın transferi keçən qışda həll edilib. Sadəcə, tərəflər onun italyanlarla müqavilə müddətinin başa çatmasını gözləyiblər.

Keçən mövsüm “İnter”in heyətində 31 matçda iştirak edən 28 yaşlı futbolçu bir məhsuldar ötürmə müəllifi olub.

Share: