“Ukraynaya böyük qorxu ilə yanaşmaq lazımdır”

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Krıma Ukraynaya “hörmət və qorxu” ilə yanaşmağı öyrədəcəyini vəd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Krımda mövsüm isti olacaq. Çox, çox isti… Ukrayna izah edəcək ki, ona təkcə hörmətlə deyil, böyük qorxu ilə yanaşmaq lazımdır”, – Podolyak bildirib.

O, həmçinin əlavə edib ki, “qeyri-sabit” siyasi rejimləri olan ölkələrin diqqətini cəlb edəcək parlaq “azadlıq mövsümü” gözlənilməlidir.


Share: