Ukraynanın Xalq artisti vəfat etdi

Ukraynanın Xalq artisti Vladimir Kondratiyev 99 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölüm xəbəri hələ açıqlanmayıb.

O, 1925-ci il aprelin 17-də Nikolayev vilayətində anadan olub.

1951-ci ildə Odessa Teatr və Rəssamlıq Məktəbini bitirib. 1951-1963-cü illərdə Odessa, Lvov və Polşada teatrlarda çalışıb. 1963-cü ildən M.Qorki adına Krım Akademik Teatrında çalışıb. Aktyor eyni zamanda Böyük Vətən Müharibəsi iştirakçısı olub.

Share: