Ukraynanın raket hücumu nəticəsində Rusiyanın 63 hərbçisi öldü

Ukrayna ordusunun Makeyevka şəhərində Rusiya hərbçilərinin yerləşdiyi bölgəyə raket hücumu nəticəsində 63 rus əsgəri həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, Makeyevka Ukraynanın Donetsk vilayətində, Rusiyanın nəzarəti altında olan ərazidə yerləşir.


Share: