Ukraynanın müdafiə naziri Şaxta babadan qırıcılar istəyib

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, ölkəsi hələ Amerikanın “Patriot” zenit-raket komplekslərini almayıb.

Nazir “Patriot” hava hücumundan müdafiə sisteminin tədarükünün reallaşacağına əminliyini ifadə edib və həmçinin “Şaxta babadan” qırıcılar istədiyini deyib.

Onun sözlərinə görə, yazda Ukraynaya hava hücumundan müdafiə sistemlərinin – “İris-T”, “Patriot” və “NASAM”ların gəlməsi ilə cəbhədəki vəziyyət dəyişəcək. Müdafiə naziri əlavə edib ki, əks hücuma keçmək üçün Kiyevə F-16, “Griffin” və ya İtaliyanın “Tornado” qırıcıları lazımdır.

Mənbə: rbc.ru

Share: