Ukraynanın Belqoroda raket hücumunda altı nəfər ölüb, 16 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin raket zərbələri nəticəsində Rusiyanın Belqorod şəhərində ölən altı nəfərdən biri uşaqdır.

xəbər verir ki, raket zərbələri nəticəsində 16 nəfər yaralanıb. Yaralılardan 6-sı ağır durumdadır.

Vəziyyətlə əlaqədar Belqorod şəhərində və Belqorod rayonunda əhaliyə raket təhlükəsi barədə xəbərdarlıq edilib, onlara evlərindən və sığınacaqlardan çıxmamaq tövsiyə olunub.

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayəti üzərində Ukrayna tərəfindən atılmış 14 reaktiv mərminin vurulduğunu açıqlayıb.

***

14.02

Rusiyanın Belqorod vilayətinə raket hücumu olub.

-nın Rusiya bürosu xəbər verir ki, raket ticarət mərkəzinin yaxınlığına düşüb.

Nəticədə 6 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Share: