“Ukraynanı illərlə dəstəkləməyə hazırıq”

“Böyük Britaniya, lazım gələrsə, Ukraynanı Rusiya ilə münaqişədə illərlə dəstəkləməyə hazırdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini Oliver Dauden Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, rəsmi London Kiyevə nəyin bahasına olursa olsun yardım edəcək: “Döyüş əməliyyatları, təcavüz dayandırılana qədər Böyük Britaniya Ukraynanın yanında olacaq. Nəyin bahasına olursa olsun. Həftələr, aylar, hətta lazım gələrsə, illərlə Ukraynanı dəstəkləyəcəyik”.


Share: