Ukraynalıların Belçikada F-16 təlimlərində iştirakı nümayiş etdirilib

Belçika hakimiyyəti ukraynalı hərbçilərin F-16 təyyarələrindəki təlimlərindən video nümayiş etdirib.

xəbər verir ki, bu barədə “Beldefnews”a məlumat yayıb.

Kadrlarda Qərb qırıcılarının uçuşu əks olunub.

Yayımlanan videoda F-16-nın təmiri və təchizatına cavabdeh olan ukraynalı hərbçi əks olunub.

“Mənim vəzifəm uçuşların həyata keçirilməsi və təşkilidir. Növbədə olan təyyarənin və avadanlıqlara xidmət göstərəcək şəxslərin müəyyən edilməsi”, – deyə ukraynalı hərbçi bildirib.

Videoda digər qırıcıların uçuşları da əks olunub.

Qeyd edək ki, Belçika Ukrayna hərbçilərinə F-16-da təlim keçmək üçün Danimarkaya 50 əsgər və iki təyyarə göndərib..

Onlar səkkiz həftə orada olacaqlar.

Share: