Ukraynalı müğənni rusiyalı blogerin evinə sığınıb

Rusiyalı bloger Veronika Belotserkovskaya Fransadakı villasında ukraynalı qaçqınlara sığınacaq verib.

Müstəqil.Az  xəbər verir ki, onlar arasında ukraynalı müğənni, aparıcı Olya Polyakova və övladları da var. Bu barədə onlar “Осторожно: Собчак” şousuna müsahibələrində danışıblar.

Olya evi üçün darıxdığını və fürsət düşən kimi vətənə qayıtmağı planlaşdırdığını vurğulayıb:

“Həqiqətən evə getmək istəyirəm, ağlıma gələn tək şey budur”.

Müstəqil.Az

Share: