Ukraynalı hərbi müxbir: “Rusiya bütün cəbhə xəttini bloklamaq istəyir”

“Rusiyanın 67-ci əlahiddə xüsusi təyinatlı radiotexnika alayından 10-12 qrup Leninqrad vilayətindən Ukrayna ərazisinə keçirilir. Bu qrupların hər birinin əsas funksiyası döyüş zonasında mobil rabitə siqnallarının ələ keçirilməsidir”.   

Bu barədə ukraynalı hərbi müxbir Andrey Saplienko öz mənbələrinə istinadən məlumat verib. Onun sözlərinə görə, qrup iki ixtisaslaşdırılmış maşından və 12-yə qədər hərbçidən ibarətdir.

Hərbi qrupun tutduğu mövqeləri əks etdirən xarakterik əlamətlər var ki, bunlar bir ixtisaslaşdırılmış maşının ətrafında perimetr boyunca yerləşdirilən səkkiz anten cihazıdır. Bir qrupun əhatə dairəsi 200 km-ə qədərdir. Yəni bütün cəbhə xəttini mümkün qədər bloklamaq istəyirlər. Siqnal mənbəyinin təyin edilməsinin dəqiqliyi 200 metrə qədərdir.

Mənbə: UNİAN “Telegram”

Share: