“Ukraynadan heç bir reaksiya ala bilmədik” — Peskov

“Ukrayna tərəfindən danışıqlarla bağlı heç bir reaksiya ala bilmədik”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.

O, Rusiya üçün yeni reallıqların yarandığını bildirib:

“Danışıqlar prosesi ilə bağlı Ukraynadan heç bir reaksiya ala bilmədik. Hazırda Rusiyada bəzi reallıqlar var, yeni torpaqlar yaranıb. Bunlar çox mühüm faktlardır. Həmçinin müəyyən məqsədlərimiz də var. Rusiya xüsusi hərbi əməliyyat zamanı buna nail olub. Ukrayna əlverişli vəziyyəti və müvafiq münasibətləri nəzərə almalıdır. Bu məsələləri danışıqlar masası arxasında müzakirə etməlidir”.


Share: