Ukraynada daha bir soydaşımız həlak oldu

Bu gün Ukraynanın Xerson istiqamətində daha bir azərbaycanlı həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nikolayevdəki diaspor fəalı Zaur Ağabəyov bildirib.

Məlumata görə, həlak olan əsgərin adı Əliyev Rüstəm Ramazan oğludur.

Xatırladaq ki, avqustda əslən Zəngilan rayonundan olan, Ukraynada “Gürcü legionu”nun əsgəri Ağalarov Elşad Ağalar oğlu da Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə həlak olmuşdu.


Share: