Ukraynada “Bayraktar” zavodunun hazır olacağı tarix açıqlandı

Türkiyənin “Baykar” şirkəti Ukraynada öz istehsalat zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar açıqlayıb. 

“Bizim planımız həyata keçir. Hazırda bizim memarlıq layihəmiz var. Detallı layihələndirmə mərhələsi tamamlanıb və biz inşaat prosesinə doğru irəliləyəcəyik. İki il ərzində bunu başa çatdırmağı istəyirik”, – deyə Bayraktar söyləyib. 

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Oleksey Reznikov isə öz növbəsində Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodun inşası ilə bağlı layihə üzərində işin davam etdiyini açıqlayıb.

 


Share: