Ukraynada 26 mindən çox adam itkin düşmüş kimi axtarılır

Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenko ölkədə itkin düşmüş mülki vətəndaş və əsgərlərin sayı barədə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, o, televiziya proqramındakı çıxışında ölkədə 26 mindən çox adamın itkin düşmüş kimi axtarıldığını açıqlayıb.

“Onların 11 mini mülki, təxminən 15 mini isə əsgərdir”,- nazir əlavə edib.

Timçenko qeyd edib ki, hər bir itkin düşmüş şəxs haqqında məlumatlar qeydə alınır və müvafiq siyahıya əlavə edilir.


Share: