Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsinə hazırlaşır

“Ukrayna və Rusiya irimiqyaslı əsir mübadiləsi üzərində işləyir. Onlar 1000-ə yaxın əsiri dəyişdirməyi planlaşdırırlar”.

“Qafqazinfo” CNNTürk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin İnsan hüquqları üzrə müvəkkili Şeref Malkoç deyib.

“Sadəcə danışmaq kifayət deyil, addımlar atmaq lazımdır. Mexanizm yaratmaq üçün liderlərinizlə danışın”, – Türkiyə ombudsmanı bildirib.

Şeref Malkoç Ukrayna və Rusiyaya yaralı mülki vətəndaşların, əsgərlərin, qocaların, uşaqların və qadınların mübadiləsi üçün “humanitar dəhliz” açmağı təklif edib.

Qeyd edək ki, Türkiyə Ombudsman İnstitutunun təşkil etdiyi danışıqlarda Ukrayna tərəfindən 800, Rusiya tərəfindən 200 nəfərlik siyahı təqdim etməklə üç mərhələli plan razılaşdırılıb.


Share: