Ukrayna Tatarıstanda zavoda PUA-larla zərbə endirib, 12 nəfər yaralanıb – YENİLƏNİB-1

Tatarıstandakı zavoda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yaralıların sayı 12 nəfərə çatıb.

-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Tatarıstanın Fövqəladə Hallar Baş İdarəsindən məlumat verilib.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilkin məlumatda Yelabuqa rayonundakı zavoda pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 6 nəfərin yaralandığı bildirilmişdi.

Fərid Azəri

***

10:00

Tatarıstanın Yelabuqa rayonundakı zavoda pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 6 nəfər yaralanıb.

-nın “Baza” teleqram kanalına istinadən xəbərinə görə, müəssisənin ərazisinə ümumilikdə üç ədəd PUA düşüb.

***

09:38

Tatarıstanın Yelabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

-nın xəbərinə görə, ölən və ya xəsarət alanlar barədə məlumat verilməsə də, müəssisəyə ciddi ziyan dəyib.

Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb.

Qeyd edək ki, yerli hakimiyyət insidentlə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Fərid Azəri

Share: