Ukrayna təcili olaraq BAEA-nı Zaporojye AES-ə səfər etməyə çağırıb

Ukrayna Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) ayın sonuna qədər Zaporojye AES-ə səfər etməyə çağırır.

Bu barədə Ukraynanın Vyanada beynəlxalq təşkilatlardakı nümayəndəsi Yevgeni Tsımbalyuk məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu Zaporojye atom elektrik stansiyasını (AES) atəşə tutmaq niyyətindədir. Bu da Ukraynanın cənubunda elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

Ukrayna ayın sonuna qədər BAEA-nı stansiyaya baş çəkməyə çağırıb.

Mənbə: UNİAN

Share: