Ukrayna rusları dayandırdı və əks hücuma keçdi

Biz düşməni dayandırmaqla yanaşı, ehtiyat hissələri müəyyən edilmiş əks-hücum istiqamətində yerləşdirmişik.

Müstəqil.Az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy Feysbuk səhifəsində müharibənin 20 gününün yekunundan bəhs edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri bir neçə istiqamətdə əks-hücuma keçir:

“Ukrayna Silahlı Qüvvələri qarşısına qoyulan tapşırığı icra edir. Ukrayna hərbçiləri itki verir. Ancaq bizim itkilər rəqibinkindən bir neçə dəfə azdır”.

Müstəqil.Az

Share: