Ukrayna-Rusiya nümayəndələri arasında danışıqlar başlayıb

Belarusun Brest vilayətində Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb. 

Bu barədə Ukrayna mətbuatına Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

 

“Biz Rusiya nümayəndələri ilə danışıqlara başlayırıq. İlkin gündəliyin əsas məqamı: birincisi – dərhal atəşkəs, ikincisi – barışıq, üçüncüsü – mülki əhalinin dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən çıxarılması üçün humanitar dəhlizlərdir”, – Podolyak Twitter-də yazıb.

 

Müstəqil.Az

Share: