Ukrayna Rusiya ilə yeni danışıqların şərtlərini açıqladı

Ukrayna Rusiya nümayəndə heyəti ilə bir gün əvvəl keçirdiyi görüşün nəticələrini təhlil edir. Kiyev lazım gələrsə, yeni görüşə hazırdır, lakin Moskva “ultimatumlar elan edərsə” danışıqlar baş tutmayacaq.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Bundan əvvəl mənbə Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsinin martın 2-də keçirilməli olduğunu bildirmişdi. Əvvəlki görüş bazar ertəsi Belarusun Qomel vilayətində keçirilib və 5 saat davam edib.

Müstəqil.Az

Share: