“Ukrayna rəsmiləri yardımları mənimsəyəcək” — Kadırov

“Qərbin Ukraynaya yardımı çirkli pulların yuyulmasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında bildirib:

“Bəziləri Ukraynaya xarici yardımdan narahatdır. Narahat olmayın! Bu, işləyən çirkli pulların yuyulması sxemidir. Qərb və Ukrayna rəsmiləri bu vəsaitləri mənimsəyəcəklər və bütün yardımın 15%-dən çoxu səngərlərə çatmayacaq”.

Kadırov qeyd edib ki, hazırda Rusiya ərazisində baş verən hərbi əməliyyatlardan narahat olmağa dəyməz.

Qeyd edək ki, yanvarın 6-da ABŞ Ukraynaya 3 milyard dollardan dəyərində yeni yardım paketi elan edib.

Ağ Evin məlumatına görə, yardım birbaşa Pentaqonun ehtiyatlarından veriləcək.


Share: