Ukrayna Qara dənizdə Rusiyanın desant gəmisinə dron zərbəsi endirib

Ukrayna Qara dənizdə Rusiyaya donanmasına məxsus desant gəmisinə dron zərbəsi endirib.

“Reuters”ə istinadən xəbər verir ki, Ukrayna KİV-i Krımın cənub sahillərində üzən gəmidən tüstü qalxmasını, həmçinin dəniz üzərində uçan helikopterlərin əks olunduğu görüntülər paylaşıb.
Ukraynalı deputat Aleksey Qonçarenko USQ tərəfindən hədəfə alınmış gəminin Rusiyanın 2008-ci ildə Gürcüstandakı hərbi əməliyyatlarında iştirak etmiş “Sezar Kunikov” desant gəmisi olduğunu bildirib.

Ukrayna ordusunun Baş Qərargahı Rusiya hərbi gənisinin vurulması faktını təsdiqləyib.

Share: