KTMT təlimləri payızda Mərkəzi Asiya ölkələrində keçiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri sentyabr-oktyabr aylarında Mərkəzi Asiya ölkələrində keçiriləcək.

xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinq zamanı bildirib.

Qeyd olunub ki, təlimlər Qırğızıstan, Qazaxıstan və Tacikistan ərazisində keçiriləcək və bu təlimlər çərçivəsində 6 tədbirin keçirilməsi planlaşdırılır.

KTMT-nin Mərkəzi Asiya regionunda təşkil ediləcək təlimləri çərçivəsində, Qırğızıstan ərazisində komanda-qərargah təlimi – “Qarşılıqlı fəaliyyət-2024”, kəşfiyyat qüvvələri və vasitələri ilə xüsusi təlim – “Axtarış-2024” və bir sıra digər tədbirlər keçiriləcək.

Bununla yanaşı, Tacikistan və Qazaxıstan ərazilərində də təlimlər keçiriləcək. Qazaxıstanda KTMT sülhməramlı qüvvələrinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq 2024” komanda-qərargah təliminin keçirilməsi planlaşdırılır.

Həmçinin əlavə olunub ki, təlimlərin aktiv fazalarında müşahidəçi qismində KTMT-yə üzv olmayan digər dövlətlərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Share: