Ukrayna qalib gəldiyi halda regionda stabillik olacaq

“Ukrayna qalib gəldiyi halda regionda stabillik olacaq”.

Bunu Münxen Təhlükəsizlik Konfransında iştirak edən Ukraynanın infrastruktur və yenidənqurma naziri Oleksandr Kubrakov -nın Münxenə ezam olunmuş müxbirinə açıqlamasında deyib.

“Müharibənin regional aspektləri, təsirləri var. Biz bunun nəticələrini yalnız Ukraynada deyil, bizə qonşu dövlətlərdə və bütövlükdə Qərb dünyasında görürük. Hər kəs başa düşür ki, Ukrayna bu müharibədə qalib gəlməlidir. Yalnız bu halda bizim regionumuzda stabillik olacaq”, – ukraynalı nazir vurğulayıb.

Share: