Ukrayna Milli Qvardiyası Kiyevdəki vəziyyətdən danışdı

Kiyevdə vəziyyət sakit və stabildir. Bu barədə Ukrayna Milli Qvardiyasının Facebook səhifəsində məlumat verilib.

Qeyd olunur ki, polis hərbçilərlə birlikdə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsi istiqamətində intensiv xidmət göstərir.

Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi təhlükəsizlik tədbirləri və ekstremal şəraitdə davranış qaydaları ilə bağlı insanlarla izahat işləri aparırlar.

“Paytaxtda vəziyyət tam nəzarət altındadır. Biz Kiyev əhalisini panikaya düşməməyə, asayiş keşikçilərinə öz xidməti vəzifələrini yerinə yetirməkdə hər cür köməklik etməyə çağırırıq, çünki bizim gördüyümüz hər şey şəhərdə təhlükəsizliyin təmin edilməsi üçün lazımdır”, – məlumatda deyilir.

Müstəqil.Az

Share: