Ukrayna limanlarından 1 milyon tondan çox taxıl daşınıb

Avqustun 1-dən Ukrayna limanlarından daşınan taxılın miqdarının 1 milyon 43 min 286 ton olduğu bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin sədrliyi ilə iyulun 22-də imzalanan “Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü” ilə Ukrayna limanlarında taxıl daşınması planlaşdırıldığı kimi davam edir.


Share: