Ukrayna əsgərlərinə ABŞ-də “Patriot” təlimi keçiriləcək

ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Patrik Rayder gələn həftə Oklahoma ştatındakı Fort Sill bazasında Ukrayna əsgərlərinə “Patriot” təlimi verməyə başlayacaqlarını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rayder gündəlik mətbuat konfransında danışıb:

“Mən təsdiq edə bilərəm ki, Ukrayna qüvvələrinin “Patriot” hava hücumundan müdafiə sistemi təlimləri gələn həftə Fort Silldə başlayacaq”.

Rayder bildirib ki, təlimlərə 90-100 Ukrayna əsgəri qatılacaq.

Təlimlərin bir neçə aya tamamlanacağını bildirən Ryder, “Patriot döyüş meydanında olduğu zaman, Ukraynanın hava hücumundan müdafiə imkanlarını artıracaq və Ukrayna xalqının Rusiyanın davam edən hava hücumlarına qarşı özünü müdafiə etməsinə yardım edəcək”, – bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası dekabrın 21-də Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi verəcəyini açıqlayıb.


Share: