Uill Smitin yeni filminin treyleri yayımlandı – VİDEO

“Apple” baş rolda Uill Smitin çəkildiyi “Liberation” filminin ilk tam treylerini təqdim edib.

Ekran əsəri “Apple TV+”da 9 dekabr 2022-ci ildə yayımlanacaq.

Film Smitin “Oskar” mərasiində Kris Roka sillə vurduqdan sonrakı ilk filmi olacaq.

“Liberation”dakı hadisələr ABŞ-dakı vətəndaş müharibəsi zamanı cərəyan edir. Süjetin mərkəzində ovçulardan gizlənərək İttifaq Ordusunun qoşunlarına çatmağa çalışan Piter (U.Smit) adlı qaçaq kölə dayanır.

Mənbə: kanobu.ru

Share: