“Uensdey”in 2-ci mövsümü yayımlanacaq

Məşhur “Uensdey” serialının ikinci mövsümü yayımlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Netflix” məlumat yayıb.

İkinci mövsümün nə vaxt yayımlanacağı hələlik bəlli deyil.

Qeyd edək ki, birinci mövsümdə 8 seriyası yayımlanan serial “Addams ailəsi”nin baş qəhrəmanı Uensdey Addamsa həsr olunub. İlk bölümü noyabrın 23-də işıq üzü görmüş ekran işi “Netflix” platformasında ingilisdilli seriallar arasında rekorda imza atıb. Belə ki, serialın ilk bölümü birinci həftə ərzində 341 milyondan çox izlənilib.


Share: