UEFA reytinqi: Azərbaycanın hesabına xal əlavə olunmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın hesabına UEFA reytinqində xal əlavə olunmayıb.

Oxu.Az-ın məlumatına görə, buna səbəb “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer”ə 1:5 hesabı ilə məğlub olmasıdır.

Nəticədə ölkənin cari mövsümdəki əmsalı 3,625-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.

Baş tutan qarşılaşmalar Çexiya, Norveç, Polşa, Qazaxıstan və Farer adalarının irəliləməsinə, Serbiya, Xorvatiya, İrlandiya, Finlandiya və Lixtenşteynin geriləməsinə səbəb olub.

Reytinqə 93,178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75,855) isə üçüncü pillədə qərarlaşıb.

Share: