UEFA prezidenti Rusiyaya qoyulan qadağanı şərh etdi

“Hər turnirdən əvvəl yeni qərar qəbul etməyimizə ehtiyac yoxdur”.

Bu barədə UEFA prezidenti Aleksander Çeferin bildirib.

UEFA prezidenti Rusiya komandalarının “AVRO-2024”dən uzaqlaşdırılmasına münasibət bildirib.

“Vəziyyəti nəzarətdə saxlayırıq. Bu qərar biz növbəti qərar qəbul edənə qədər qüvvədə qalacaq. Buna görə də hər turnirdən əvvəl yeni qərar qəbul etməyimizə ehtiyac yoxdur”, – deyə  Çeferin qeyd edib.

Xatırladaq ki, UEFA-nın qərarı ilə Rusiya yığması “AVRO-2024”ün seçmə mərhələsinin püşkatma mərasiminə buraxılmayacaq.

Mənbə: Sports.ru

Share: