Ucuz maska çəkdi, dərisi soyuldu – FOTO

Ucuz maska istifadə etdikdən sonra qadının üzü qızarıb və dərisi soyulmağa başlayıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, Kendis Paterson 1 funta “Health Point LTD” markasında kokos maskası alıb.

Maskanı üzünə çəkdikdən sonra qıcıqlanma və yanma hiss etdiyi üçün o, dərhal maskanı yuyub. Bundan sonra K.Paterson üzünə soyuq kompres qoyub və yumşaldıcı krem çəkib. Buna baxmayaraq, qızarmış dəri soyulmağa başlayıb.

“Bəzi hissələrdə üzümün dərisi elə soyulur ki, elə bil gün yanığı almışam”, – deyə qız bildirib.

K.Paterson baş verənlərlə bağlı kosmetik brendin elektron poçt ünvanına şikayət göndərsə də, cavab ala bilməyib.

Share: