Tviteri alan kimi rəhbər şəxsləri işdən çıxardı

Xəbər verdiyimiz kimi, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask tviter sosial şəbəkəsini aldığını açıqlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, İlon Mask tviterin sahibi olmasının ardınca şirkətdə çalışan 5 yüksəkvəzifəli direktoru istefaya göndərib. 

Məlumata görə, sözügedən şəxslər sırasında şirkətin baş direktoru Paraq Aqravala və maliyyə direktoru Ned Siqal da var. 

Bildirilir ki, Maskın tviteri almasına dair müqavilə imzalanarkən həmin şəxslər şirkətin baş qərargahında olub və mühafizə onları binadan uzaqlaşdırıb. 

Bununla yanaşı, amerikalı milyarder sosial şəbəkəni almasına dair 44 milyard dollarlıq müqaviləni imzaladıqdan sonra öz rəsmi tviter hesabında “Quş azaddır” deyə paylaşım edib.

 


Share: