“Türkün elə qəzəbi var.” -deyə-deyə halımıza güləcəklər…”-Rauf Rəvan…

Rauf Rəvan

AĞLAMAĞIN DAŞINI AT….

Yetər daha mənim xalqım…
Bəsdir daha ey millətim…
İllər boyu xəyanətə dözməyimiz…
Dözə-dözə bilərək səbr etməyimiz…
Yetər artıq…

Nə vaxtacan gözümüzü kor edəcək göz yaşımız?
Nə vaxtacan qisas üçün yolumuzu gözləyəcək soydaşımız?
Nə vaxtacan güllələrdən deşik-deşik qalacaqdır əynimizdə nimdaşımız?
Nə vaxtacan?
Sizcə artıq vaxt deyilmi?
Erməniyə türk oğlu türk qəzəbini göstərməsək ağzımızı yamsılayıb – “türkün belə qəzəbi var,

türkün elə qəzəbi var” deyə-deyə halımıza güləcəklər…
Azərbaycan igidinin qeyrətini dığalara göstərməsək,

bizi nağıl biləcəklər…

Yorulmuşam…
Oturmaqdan, düşünməkdən, gözləməkdən…
Qapımıza qonaq gələn ölməz şəhid tabutunu izləməkdən yorulmuşam…
Öz içimdən yana-yana qovrulmuşam…
Yorulmuşam…

Yetər daha mənim xalqım…
Bəsdir daha ey millətim…
Gözümüzün quyusunda su qalmadı ağlamaqdan…
Ağlamağın daşını at…
Xəyanətkar qurunu kəs, yaşını at…
Bəzən uyub şər-şeytana barışığa meyl eyləyən başını at…

Mən istərəm hər insanda bu vətənə, bu torpağa vəfa olsun…
Mən istərəm hər körpədə bu vətənə, bu torpağa sevda olsun…
İnanmayan düşmən olsun,

gərəkdirsə iki balam bu torpağa fəda olsun…

Bu Vətənə canın verən igidlərdən artığam mən?
Sinəsini bizə görə güllələrə möhkəm sipər edənlərdən artığam mən?

Hər bir şəhid anasının ürəyindən axıb gələn,

oğul-oğul söyləməkdən qabar olan dillərində pərvazlanan şüarı var…
Yağılara qarğış olsun…
Bu anamın sözləridir…
İçi yanır, parçalanır qəzəbindən belə deyir…
Yağılara qarğış olsun…
Yağıları analara qurban edən oğullara…..
ALQIŞ OLSUN…ALQIŞ OLSUN…ALQIŞ OLSUN…!!!

La imagen puede contener: 1 persona, sonriendo, exterior
Müstəqil.Az 
Share: